Bakıdakı fəvvarələr niyə işləmir? - VİDEO

22-07-2016, 00:43           

"Bakının müxtəlif yerlərindəki fəvvarələri ya səhər, ya da axşam saatlarında işləyən görmək olar. Günortalar, istinin kəskin olduğu vaxtlarda isə fontanlar işləmir".

Vətəndaşların sözlərinə görə, hamı istəyər ki, yol gedəndə, parkda hərəkətdə edəndə fəvvarələrin sərinliyini hiss eləsin. Axı dünyanın bir çox yerində fəvvarələr məhz günün ən isti vaxtlarında işlədilir ki, süni də olsa sərinlik effekti yaransın.

Biz də elə bu fəvvarəni işlədənləri axtarmağa çalışdıq.

Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsindən deyiblr ki, "bizim fəvvarələr yayın istisindən və ya insanların sərinləmək istəyindən asılı yox, vaxtdan asılı işləyir".

Bizim bu süjeti hazırlamaq məqsədimiz isə vətəndaşların istəyini aidiyyati qurumlara çatdırmaqdır. Vətəndaş favvarələrə günün ən isti vaxtlarında ehtiyac olduğunu bildirir. Və inanırlar ki, bu istəkləri nəzərə alınacaq.

Bu qurğular dekorativlikdən daha çox sərinlik yaradan olmalıdır. ("Xəzər Xəbər")














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru