Rəhbərlri həbs olunan “Riyad Farm” çökür

21-05-2015, 15:12           
Rəhbərlri həbs olunan “Riyad Farm” çökür
Mətbuatda Azərbaycanın aparıcı dərman satışı şirkətlərindən biri olan “Riyad Farm” MMC-nin müflis olması barədə xəbərlər yayılıb. Şirkətin 2400-dən artıq əməkdaşının 3 aydır ki, əmək haqqı almadığı, “Riyad Farm”a məxsus apteklərin fəaliyyətinin dayandırıldığı bildirilir. Bununla belə, şirkətdə bu məsələ ilə bağlı açıqlama vermək istəmirlər.

Xatırladaq ki, “Riyad Farm” MMC-nin prezidenti Həsən Şərifovu və icraçl direktoru Adil Quliyevi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Onlar @Azərbaycan Beynəlxalq Bankı"ndan 200 milyon dollar məbləğində kredit götürməkdə və həmin vəsaiti mənimsəməkdə ittiham olunur.

Bu arada “Riyad Farm”ın dövlət büdcəsinə vergi borcunun olduğu üzə çıxıb. Vergilər Nazirliyinin ötən gün açıqladığı vergi borcu olan sahibkarların siyahısında bu şirkətin də adı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru