Azərbaycanda “Daewoo” avtomobilləri buraxılacaq

22-07-2016, 17:54           
Azərbaycanda “Daewoo” avtomobilləri buraxılacaq
Azərbaycanda «Reno» və «Pejo» avtomobilləri ilə yanaşı, daha bir marka – «Daewoo» modelləri istehsal ediləcək. Söhbət İranın «Khodro» avtomobil şirkəti ilə Azərbaycanın “Azevrocar” şirkətinin birgə istehsalından gedir. Şirkətlər arasında bağlanan müqaviləyə əsasən avtomobillər Neftçala Sənaye Məhəlləsində istehsal ediləcək.
“Azevrocar” şirkətindən fins.az-a verilən məlumata görə, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün artıq şirkətə şəhadətnamə verilib. Avqust ayında İran prezidentinin Azərbaycana səfərindən sonra zavodun təməlqoyma mərasimi olacaq.
Şirkətdən bildirilib ki, bundan sonra ehtiyat hissələrinin istehsalı ilə bağlı məsələlər də dəqiqləşəcək.İlkin razılaşmaya əsasən avtomobillərin ehtiyat hissələrinin 15-20 %-I “Azevrocar”ın Neftçaladakı zavodunda istehsalı planlaşdırılır.Ehtiyat hissələrinin 30-40%-i Bakı və Sumqayıtda yerləşən zavodlarda istehsal edilə bilər. Bununla bağlı tender keçiriləcək.
Şirkətlərin nümunə üçün istehsal etdikləri detal İrandakı Khodro zavoduna göndəriləcək. Kefiyyət qaneedici olarsa, yerli zavodlarla ehtiyat hissələrinin istehsalı ilə bağlı razılığa gəlinəcək.
“Azevrocar”dan bildirilib ki, ehtiyat hissələrinin 40%-I, o cümlədən, əsas dəmir-tökmə detallar İranda istehsal ediləcək.
Şirkətdən verilən məlumata görə, «Reno» və «Pejo» avtomobillərindən sonra 2018-ci ildə «Daewoo»ların istehsalına başlanacaq. “Daewoo” modellərinin 10 min manat civarında satılacağı gözlənilir.Daxili bazarla yanaşı, yeni modellər xarici bazara da çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru