Bankda 61 nəfər işdən çıxarıldı - Azərbaycanda
23-07-2016, 21:00
"Bank Respublika" ASC-nin işçilərinin sayı 2015-ci ildə 61 nəfər azalaraq 696-dan 635-ə düşüb. Bu barədə "Report" Bankın ötən ilin yekunu ilə bağlı hesabatına istinadən xəbər verir.
Hesabat əsasən, "Bank Respublika"da ilin ilk rübündə işçilərin sayı dəyişməyib. II rübdə 18 nəfər Bankı tərk edib və işçilərin sayı 678-ə enib. III rübdə 8 nəfər "Bank Respublika"ya işə qəbul olunub. Manatın təkrar devalvasiyasının baş verdiyi IV rübdə isə Bank 51 nəfəri işdən çıxarıb.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb. Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyeva, 15,18%-i Elçin Saday oğlu Quliyeva, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyeva, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.
Bankın səhmdarlarının iyulun 15-də keçirilmiş növbədənkənar yığıncağında nizamnamə kapitalının 53,39% və yaxud 20 mln. manat artırılaraq 57,461 mln. manata çatdırılması barədə qərar qəbul edilib.