Yol polisi tərəfindən aldadıldığını deyir — VİDEO

24-07-2016, 10:25           

Samir Mahmudov adlı şəxs yol polisinin onu aldatdığını iddia edir. Çünki polis ona elektron protokolun hazırlanacağını desə də, sonradan elektron kabinetə fərqli seriyalı protokol göndərib.

teref.az xezerxeber-ə istinadən xəbər verir ki, qayda pozuntusu xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınırsa elektron kabinetə MMX seriyalı protokol gəlməlidir. Amma bu sürücüyə İXB seriyalı, başqa sözlə desək, əldə yazılmış protokolun elektron variantı göndərilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burda İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. İlk növbədə, əgər qayda pozuntusu i-patrul sistemi tərəfindən qeydə alınıbsa, onda sürücü saxlanılmamalı idi.

Əgər sürücü saxlanılıbsa, prosedur tam başqa cür olmalıdır.

Ekspertin sözlərinə görə, elektron protokolların sürücüyə verilməməsinin ciddi fəsadları ola bilər.

Problemlər bununla yekunlaşmır. Sürücüdə protokolla bağlı heç bir nüsxə olmadığından sonradan şikayət verməli olsa, əlində heç bir sənəd olmayacaq. Bundan əlavə sürücünü polis aldadıbsa, sabah kim zəmanət verə bilər ki, elektron kabinetə göndərilən protokolda düzəliş edilməyəcək?














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru