Bakıda yararsız avtobus dayanacaqları: Yağışın altında gözləyirik - VİDEO

14-12-2023, 15:08           
Bakıda yararsız avtobus dayanacaqları: Yağışın altında gözləyirik - VİDEO
Hava şəraitinin yağıntılı keçməsi Bakıda daha bir problemi aktuallaşdırıb. Paytaxtdakı bir çox avtobus dayanacaqları yağışdan qorumaq əvəzinə sərnişinləri isladır. Çünki dayanacaqların bir çoxunun üstü açıqdır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər yayda günəşin, qışda aramsız yağan yağışın, hərdən isə qarın altında gözləməli olurlar.

Paytaxtın əksər küçə və prospektlərində mənzərə eynidir.

Avtobus dayanacaqlarının olmaması və yaxud da üstü açıq olması səbəbindən sərnişinlər acınacaqlı halla üzləşirlər. Elə Babək prospektində olduğu kimi.
Mövzuya münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır.

Bakı şəhərinin bir çox hissəsində avtobus dayanacaq məntəqələrinin yerləri müəyyən edilir. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru