BİLGƏH SANATORİYASININ ƏRAZİSİ ZƏBT OLUNUB BİR YANDAN “JUMEİRAH”,O BİRİ YANDAN “AMBURAN” ÇİMƏRLİKLƏRİ DƏ ƏLƏ KEÇİRİB
28-07-2016, 19:01
BİLGƏH SANATORİYASININ ƏRAZİSİ ZƏBT OLUNUB
BİR YANDAN “JUMEİRAH”,O BİRİ YANDAN “AMBURAN” ÇİŞƏRLİKLƏRİ DƏ ƏLƏ KEÇİRİB
AHİK sədri,millət vəkili Səttar Mehbalıyevin yardımı ilə bu yay Bilgəh kardioloji sanatoriyasında müalicədə olunub,yaxşıca dincəldim.Xırda nöqsanları çıxmaqla sanatoriyada hər şey yüksək səviyyədədi.Rahtasızlıq doğuran sanatoriyanın ərazisinin getdikcə kiçilməsidir.Bir yandan “Jumeirah”, o biri yandan “Amburan” və digər özəl əyləncə mərkəzləri dövlətin başlıca kardioloji sanatproyasını “ofsayta” salmaqda yarışa girib.Hətta çimərlikdə gəzməyə də “Jumeira”nın “qoçuları”yol vermir.Bu çimərlik hələlik müvəqqəti hasarla bölünüb.Lakin yaxın gələcəkdə tamamilə ələ keçiriləcəyi “qoçuların” qırımından görünür.Bəs Sabunçu RİH,burada hər gün keşik çəkən Sabunçu polisi hara baxır?Nəyə görə,zəbt olunma ilə bağlı tədbir görmürlər?Belə çıxır,zəbt olunma “yuxarıdan” razılıq əsasında həyata keçirilir.Yoxsa,Qarabağ əlillərinin özlərinin bağ sahəsində daxma tikməyə yasaq qoyanlar bu boyda işğalı görməzliyə vurmazdı.Bu hələ harasıdır?Bilgəh sanatoriyasının özündə də kafelər,villalar tikilib.”Kolorit” kafesinin sanatoriyanın ərazisində “qarın” obyekti tikməsi onun yiyələrini necə iştaha gətiribsə,kafeyə bitişik yerdə villa da tikib taxta ilə hasarlayıblar.Sabunçu RİH və polisi isə bu villanın təhlükəsizliyinə keşik çəkir.
...Qarabağ əlilləri isə Sabunçu RİH-in “komunxozu” Həbibin,onun qohumlarından ibarət qoçu dəstəsinin qanunsuzluğundan nə gecə yata bilir,nə də gündüz.Gündüz tikməyə qoymurlar,gecə tikiləni də səhər gəlib,uçururlar.Görəsən,RİH-in işi ancaq söküb-dağıtmaqdır?Bunlar əlillərə ,vətəndaşlara xidmət etməli olmalarını bilmir?
Belə getsə,ölkədə bir dənə də olsun,pulsuz çimərlik qalmayacaq.Heç pullusu da olmayacaq.Nədən “Jumeirah”ın,””Amburan”ın sıradan vətəndaşın,əlilin qəpik-quruşuna ehtiyacı yoxdur.
Məğrur Bədəlsoy
teref.az