Şamaxıda müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi

28-07-2016, 19:19           

Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib.

Bu barədə azvision.az-a daxil olan məlumatı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib.

Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb.

“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. O, körpənin atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı körpələr evinə yerləşdirdik”, - deyə şöbə müdiri vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini, azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru