Salyanda təhlükəli dam örtükləri - Rezin dam örtükləri

22-05-2015, 09:42           
Salyanda təhlükəli dam örtükləri - Rezin dam örtükləri
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildə Salyan şəhərində o vaxtın icra başçısı Əliağa Hüseynovun rəhbərliyi altında ( idarə, müəssisə rəhbərlərinin təşkilatçılığı ilə) 8 hektar bir ərazidə yeni yaşayış massivi salınıb.

Şəhərcikdə inşa olunan evlər əsasən Qarabağ müharibəsi veteranları, əlil, aztəminatlı və çoxuşaqlı eyni zamanda Kür çayının qalxmasından zərər çəkən ailələr üçün nəzərdə tutulmuşdu.

Sevindirici haldır ki, bir çox evsiz ailələr həmin şəhərcikdə evlə təmin olundu.

Lakin evlərin paylanması zamanı bəzi neqativ hallara yol verildi və bu da sonradan haqlı narazılığlara səbəb oldu.

Tahir Kərimov rayona icra başçısı təyin ediləndə problem tam çözülməmişdi. O, narazıların bir çoxunu həmin şəhərcikə yerləşdirməklə söz-söhbəti qismən yatırmış oldu.

Məlumat üçün qeyd edək ki, ərazidə birmərtəbəli 167 ev inşa olunub. Onlardan 6-sı dördotaqlı, 29-u üçotaqlı, 131-i ikiotaqlı, 1-i isə birotaqlıdır. Səkkiz küçədən ibarət olan şəhərcikdə 5 kilometr uzunluğunda olan daxili yollar asfaltlaşdrılıb. Şəhərcik daxilində 3 min 755 metr uzunluğunda qaz xətti və 2 min metr içməli su xətti çəkilib, 49 müasir işıqlandırma dirəyi basdırılıb. Qəsəbə tam şəkildə təbii qaz və elektrik enerjisi ilə təmin olunub, sayğaclaşdırma işləri aparılıb.

Təəcüblüsü odur ki, şəhərcik derenaj kollektorların mühasirəsində olsa da, yaşayış məntəqəsində kanalizasya sistemi yaratmaq yaddan çıxb. Bu da hazırda yerli sakinlər üçün çiddi problemə çevrilib.

Narahatlıq doğuran digər məqam isə evlərin tavan örütyünün rezin şiferdən olmağıdır.

Nəzərə alınsa ki, binalar həddən ziyadə bir-birinə yaxındır, onların birində yanğın baş verərsə, bu, bütün şəhərciyi cənginə ala bilər.

Elə bu yayxınlarda həmin ərazidə elektrik xətlərinin birində qısa qapanmadan yanan evin fəsadlarının qonşu evlərə keçməsinin qarşısını FHN-in yerli nümayndələri güclə ala bilmişdi.

Bunu da qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində hər biri 200 yerlik olan 5 “Xeyir-şər evi” inşa edilib. Həmin obyektlərin də dam örtüyü rezin şeferdəndir.


infom.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.