İşdən çıxan şəxsə maaş köçürülürsə, məsuliyyəti kim daşıyır?

5-01-2024, 08:04           
İşdən çıxan şəxsə maaş köçürülürsə, məsuliyyəti kim daşıyır?
Vətəndaşlardan birinin başına qəribə iş gəlib. O, 3 ay əvvəl öz ərizəsi ilə işdən çıxsa da ötən müddətdə hər ay onun kartına maaş yüklənir. Artıq maaş kartındakı vəsait 3 min manatı keçib. Lakin o nə edəcəyini bilmir.

Qeyd edək ki, bu cür hallar ilk dəfədir baş vermir. Əsas maraqlı məqam isə belə vəziyyətlə üzləşən vətəndaşların çox vaxt nə edəcəklərini bilməməlidir.

Belə hallarda nə etməli?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik. O, açıqlamasında bildirib ki, burada iki variant ola bilər:

"Ola bilsin ki, həmin şəxsin məzuniyyət və digər xərcləri yığılıb qalıb. Ona görə də vətəndaşın kartına əlavə vəsait yatırılıb. İkinci variantsa odur ki, şirkətin mühasibatlığı qarşıq salıb. İşçinin işdən azad olmasının qeydiyyatını aparmayıb”.

Əkrəm Həsənov qeyd edib ki, belə vəziyyətdə vətəndaş hər hansı bir məsuliyyət daşımır:

"Yaxşı olar ki, karta yatırılan vəsaitə toxunulmasın. Sabah şirkət bunu biləcək və həmin vəsaiti geri tələb edəcək. Vətəndaş da həmin vəsaiti geri qaytarmağa borcludur. Ona görə də həmin şəxs vaxt itirmədən köhnə iş yerinə məlumat verib, vəziyyəti aydınlaşdırmalıdır”.//Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru