“Symantec”: İnformasiyalar oğurlanaraq Azərbaycana ötürülüb

29-07-2016, 11:53           

“Android” əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlayır.

teref.az APA-ya istinadən bildirir ki, oğurluq faktlarını “Symantec” şirkətinin mütəxəssisləri aşkarlayıb.

Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə “Google” şirkətini xəbərdar edib. Bunun ardınca “Google” tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib.

“Symantec”in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir.

Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.

Maraqlıdır ki, tətbiqin adı açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru