Sumqayıtlı abituriyent 683 bal topladı, apellyasiya şikayəti verdi: Nəticəsini dəyişdi - ÖZƏL
30-07-2016, 08:38
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 683 bal toplayan Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu İmanlı Səbuhi Fəxrəddin oğlu nəticədən narazı qalaraq apellyasiya şikayəti verib.
Bu barədə eksklüziv açıqlamasında Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov bildirib. Direktor qeyd edib ki, II ixtisas qrupu üzrə keçirilən imtahanlardan topladığı 683 baldan narazı qalan İmanlı Səbuhi Fəxrdəddin oğlu apellyasiya şikayəti verib: "Apellyasiya şikayətinə baxılaraq toplanılan balın üzərinə 8 bal əlavə olunub. Nəticədə məzunumuzun topladığı bal 691 olub.” Xatırladaq ki, bu il keçirilən qəbul imtahanlarında Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 42 abituriyentindən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.