Fuad Ələsgərov nə üçün Lənkəran Asan xidmət mərkəzinin açılışında iştirak etməyib ?

19-01-2024, 08:28           
Fuad Ələsgərov nə üçün Lənkəran Asan xidmət mərkəzinin açılışında iştirak etməyib ?
Bir neçə gün öncə Prezident İlham Əliyevin iştirakı ilə Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı olub.
Açılış mərasiminə diqqət yetirdikdə maraqlı bir məqam diqqəti cəlb edir.
Bəlkə də ilk dəfədir ki, ASAN xidmət mərkəzinin açılışında bu sahəni kurasiya edən Prezidentin köməkçisi Fuad Ələsgərov gözə dəymirdi.
Diqqət çəkən məqamdır. Görəsən nə üçün iştirak etməyib ?
Düşünmək olar ki, bu cür təqdimatlarda artıq protokol qaydaları dəyişib.
Yaxud da, bizim bilmədiyimiz hansısa məqamlar da ola bilər
Yeri gəlmişkən qeyd etmək istərdim ki,
ASAN xidmət konsepsiyası və ideyası Prezidentin siyasi iradəsi əsasında gündəmə gəlmişdirsə, onun nəhəng bir dövlət idarəetmə infrastrukturu olaraq oturuşmasında, yetərincə konservativ olan dövlət sektorunun ASAN-laşmasında, kütləvi dövlət xidmətlərinin bir mərkəzə inteqrasiyası və şəffaf sisteminin formalaşmasında Fuad Ələsgərov və İnam Kərimovun müstəsna rolu olub.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru