ONSUZ DA BAXAN-AXAN YOXDUR

19-01-2024, 10:48           
ONSUZ DA BAXAN-AXAN YOXDUR
AMEA Nəsimi adına Dilçilik İnstitutunda müzakirə olunan dissertasiyalar silsiləsindən -müasir alimin nədən və necə əmələ gəlməsinin qəbih mənzərəsindən kiçik bir fraqment.
Bu dəhşəti anlayan olsa, mənə də izah etsin:
"Leksikologiya sözün morfologiyanın başının üstündən tullanmaqla sintaksisə buraxmırsa, sintaksis də onun sərhədlərini yuxarıdan pozan, görkəmi, forması və bir az da məzmunu ilə sintaksisin vahidinə oxşamayan yadı zorla içəri dartmaq istədiyi aktuallaşmanın yanından itələyir" ("Diskursun təhlilinə koqnitiv yanaşma").
İş şöbəyə müzakirə üçün təzə daxil olub.

Təsəvvür edin, AAK-ın arxivini araşdırsanız, xalqa və dövlətə pislik etmək notları üzərində bəh-bəhlə dipıomlaşdırılan təhqiramiz işlərə az rast gəlməyəcəksiniz. Mənəviyyatımız elmimizlə yanaşı bu cür məhv edilir, mənəviyyat bayquşları cəzalandırlmaq əvəzinə təltif edilir, yəni biz sakitcə tarixin səhnəsindən silinib gedirik. Akademik isə məddahlığa güc verir. İşimiz qalıb Allaha...
Idris Abbasov
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru