Saxta, plqiat disertasiyalar kimlər və necə hazırlayır?

19-01-2024, 12:47           
Saxta, plqiat disertasiyalar kimlər və necə hazırlayır?
Məni özünə həmkar sayan yeyimcil bir professor zəng edib deyir ki, qardaş, o son statusu sil. Alimləri az "palit" elə. Özün pul qazanmağı bacarmırsan, bizə niyə mane olursan? (Alçaq şərəfsiliyi pul qazanmaq kimi təbliğ edir) Nə edək? Rüşvət almayaq, özümüz seçib dissertant, doktorant etduklərimizi aldadıb tələyə salmayaq, 7 günə saxta dissertasiya montaj edib 10 min manata sırımayaq, şöbə müzakirəsindən 2-3 min, seminar müzakirəsindən 3-4 min, müdafə və digər mərhələlərdən 20-30 min rüşvət almayaq, redaktə bəhanəsi ilə kal və xam dissertantı soymayaq, qrantları, dövlət ayırmalarını basıb yeməyək, xüləs, dövlətə kələk gəlməyək, bu avam xalqın sayəsində kef çəkməyək, bəs nə edək? Quru maaşa oturub ölək?
Xatırladım ki, bazarkom görkəmində olan həmin pul professorunun neçə-neçə evi, dükanı, əlavə gəlir yerləri, tələbə, dissertant yanında hörməti və s. vardır.
Kələkbazların hörmət sahibi olduğu cəmiyyətdə yaşamaq nəsibimiz batsın, yəni kökləri kəsilsin bu heyvan xislətli canlıların!
Idris Abbasov
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru