“Bitcoin” dolları əvəz edəcək?

19-01-2024, 10:45           
“Bitcoin” dolları əvəz edəcək?
“Kriptovalyutalar pul deyil, aktiv sinifdir və bu səbəbdən də “Bitcoin” çətin ki, ABŞ dollarını sıxışdıra bilsin”.

Bizim.Media xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva, “Yahoo Finance Live”-a müsahibəsində bildirib.

ABŞ iqtisadiyyatının ölçüsünün və kapital bazarlarının çox dərin olduğunu söyləyən K.Georgieva, mühüm bir amili də diqqətə çatdırıb:

““Bitcoin”in ABŞ dollarını dünyanın dominant valyutası kimi taxtdan sala biləcəyi ilə bağlı səslənən fikirləri və yaranan qorxuları qəbul etmirəm. Hesab edirəm ki, pul və aktivlər arasında fərq qoyulmalıdır. Pul və aktivi fərqləndirmək lazımdır”.

Onun sözlərinə görə, əgər kriptovalyutaların təminatı yoxdursa, o zaman onlara investisiya qoymaq daha risklidir:

“Kriptovalyutalar əslində pul deyil. Bu, daha çox kapitalın idarə edilməsi fonduna bənzəyir. Mən dollarlarımı başqa valyutalara çevirməyə tələsmirəm”.

BVF direktoru əmindir ki, kriptovalyutaların ödəniş vasitəsi kimi qəbul edilməsi hələ uzun zaman alacaq.

Rövşən Ziya,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.