Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur – Qəzetlərin siyahısı

19-01-2024, 18:29           
Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur –
Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən qəzet və jurnallara abunə yazılışı xidmətlərinin satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinə (Kotirovka sorğusu) yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsinin qalibi “Ziya LTD” MMC (VÖEN – 1300308651) olub.
ATU 41 adda qəzet və jurnal üçün qalib şirkətə 14 min 657 manat 44 qəpik ödəyəcək.
Qeyd edək ki, ATU-nun abunə yazılacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Universitetin satın almaq istədiyi nəşrlərin 14-ü Azərbaycan dilində, 27-si isə rus dilində nəşr olunur. Rus dilində nəşr olunan qəzet və jurnalların isə böyük əksəriyyəti Rusiya KİV-ləridir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru