450 manat əmək haqqı ilə məhkəmələrdə rəqəmsal transformasiyanı necə reallaşdırmaq olar?

20-01-2024, 10:14           
450 manat əmək haqqı ilə məhkəmələrdə rəqəmsal transformasiyanı necə reallaşdırmaq  olar?
Bu gün dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı DİM-in Müsahibə Komissiyasının üzvü olaraq növbəti müsahibədə iştirak etdim.
Bu dəfə məhkəmələrdən birisinin İT mütəxəssis vəzifəsinə idda edənlərlə müsahibə aparırdıq.
Maraqlıdır ki, iddiaçılar əvvəlki illərə nisbətən xeyli azalıb.
Həm də məhkəmədə "məsləhətçi - kompüter proqramçısı" inzibati vəzifəsini tutmaq istəyən cəmi iki iddiaçıdan biri tarixçi, digəri isə filoloq idi.
İndiki Qaydalar belə bir spesifik vəzifəni tutmaq üçün, sadəcə ali təhsilin olmasını tələb edir.
Xatırlayıram ki bir neçə il öncə bu vəzifənin əmək haqqısı 250 manat olub.
İndi isə cəmi 450 manatdır.
Maraqlandıqda məlum oldu ki, məhkəmələrdə köməkçi vəzifələrin əmək haqqı aşağı olaraq qalır.
Güman ki, sahə üzrə ixtisaslı kadrların müraciətlərinin də az olması məhz bu məsələ ilə bağlıdır.
Normal, hətta orta səviyyəli İT mütəxəssisin heç biri bu əmək haqqı ilə çalışmağa meyl etməz.
Düşünürəm ki, belə bir əmək haqqı ilə "Elektron məhkəmə" sistemini keyfiyyətli formada tətbiq etmək, rəqəmsal transformasiya aparmaq da ağlabatan görsənmir.
Tarixçi, yaxud filoloq olmasına baxmayaraq mənim müsbət rəy verdiyim namizədin həmin məhkəmədə uzun müddət qalıb işləyəcəyinə də əmin deyiləm.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru