Anlaşılmazlıq, yoxsa diqqətsizlik?

23-01-2024, 09:34           
Anlaşılmazlıq, yoxsa diqqətsizlik?
Yanvarın 13-də Prezident İlham Əliyev COP29 Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdı.
Bundan dərhal sonra isə bir neçə beynəlxalq qurum Təşkilat Komitəsinə bir nəfər də olsa qadının daxil edilmədiyini nəzərə alaraq tənqid etmişdilər.
Bəzi beynəlxalq qurumlar Təşkilat Komitəsində qadın təmsilçinin olmaması ilə bağlı müzakirələr açmışdılar.
İki gün öncə isə Prezident COP29 Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsilə bağlı yeni Sərəncam imzalayıb.
Bu dəfə 12 nəfər xanım da daxil olmaqla Təşkilat Komitəsinin 40 nəfərlik yeni tərkibi təsdiqlənib.
Yeni tərkib daha əhatəlidir, bütün əlaqəli tərəflərin iştirakı nəzərə alınıb, gender bərabərliyi qorunub və s.
Bundan öncəki COP28 tədbirinə hazırlıqla bağlı komissiyada da təxmini belə bir yanaşma sərgilənmişdi.
Burada diqqət çəkən məqam odur ki, görünür bəzi hallarda ali səviyyədə qərarların, fərman və sərəncamların mətnlərinin, layihələrinin hazırlanmasına tələskənliyə yol verilir.
Əlbəttə, anlaşılandır ki, bəzən daha çevik və sürətli qərarlar qəbul etmək lazım gəlir.
Əslində baş verənlər çox xırda bir detal olsa da, bu sahəyə cavabdeh şəxslər gərək daha diqqətli olsunlar.
Düşünürəm ki, indiki anda bu tip proseslərin sürətli, effektiv və daha dəqiq olması üçün rəqəmsal resurslardan, süni intellekt həlləri kimi köməkçi resurslardan istifadə etmək də faydalı olardı.
Osman Gunduz
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.