Manat batır və özü ilə yeni bahalaşma gətirir
3-08-2016, 15:18
Ləğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, bugünlərdə 14 il azadlıqdan məhrum edilmiş Vəli Ələsgərovun Bakıdan aldığı göstərişlə Vasif Talıbovu dinlədiyi, onun barəsində kompromatlar topladığı məlumdur. Bu haqda rəsmən açıqlanmasa da Vəli Ələsgərova qarşı irəli sürülən ittihamların xarakteri onun məhz keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdan aldığı əmrlə qanunsuz gizli dinləməyə görə həbs edildiyini təsdiqləyir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova qarşı kompromatların Eldar Mahmudovun nəyinə lazım olduğu hələ məlum deyil. Lakin yeni məlumatlara görə Vəli Ələsgərovu Naxçıvan rəhbərliyinə qarşı kompromatlar toplamağa məcbur etmək üçün onu intim görüntüləri ilə qorxudublar. Belə ki, Vəli Ələsgərov qadın düşgünü kimi tanınıb və Naxçıvan MTN-in rəhbəri olarkən həm tabeçilyindəki qadın əməkdaşlarla, həm digər qadınlarla o cümlədən xidməti kabinetində müntəzəm olaraq əxlaqsızlıq edirmiş.
Virtualaz.org xəbər verir ki, Vəli Ələsgərovun Naxçıvan rəhbərliyinə qarşı kompromatlar toplamağa MTN-in Antiterror Mərkəzinin hazırda həbsdə olan keçmiş rəisi, general Elçin Quliyevin əliylə məcbur ediblər. Bu haqda Naxçıvanda məlumatlı mənbələri olan azpolitika.info saytı yazır.
Məlumata görə, V.Ələsgərov yaxın dostluq münasibətlərində olub. Elə müəyyən qədər də bu “dostluğun” güdazına gedib. İstintaqla müəyyən olunub ki, MTN-dəki qruplaşmanın gizli çəkilişlər aparmaq, sonradan həmin çəkilişlərdən istifadə etməklə şantaj və “verbovka” üzrə əsas fiqur olan Elçin Quliyev, “əqrəb xarakterinə” sadiq qalaraq, dostunu – Vəli Ələsgərovu da eyni yolla şantaj edib.
Belə ki, Elçin Quliyev qadın düşkünü olan V.Ələsgərovun seks videosunu çəkdirib, yeyib-içmək məclislərindən birində həmin görüntülər barədə ona eyham vurub. Bildirilir ki, E.Quliyev videokadrlardakı müəyyən epizodlarla bağlı Vəli Ələsgərovla guya zarafatlaşıb. V.Ələsgərov intim görüntülərinin E.Quliyevin əlində olduğunu başa düşərək narahat olub. Ona başa salınıb ki, narahatçılığa əsas yoxdur, “videonu Vasif müəllimə göndərməyəcəklər”, amma əvəzində onların müəyyən istəklərini yerinə yetirməli olacaq…
Bir MTN generalının digərini “verbovkası” əməliyyatı uğurla başa çatıb və 2012-ci ildən sonra V.Ələsgərov V.Talıbovun əleyhinə fəaliyyətə cəlb olunub. Niyə məhz 2012? Məlumata görə, Mahmudovçular lazımi avadanlıqları Naxçıvana yerləşdirmək şansını 2012-ci ildə əldə ediblər. Məlumdur ki, 2012-ci il Bakıda keçirilən Avroviziya mahnı yarışması ərəfəsində MTN təhlükəsizlik tədbirləri çərçivəsində xaricdən yeni dinləmə qurğuları alaraq rabitə sistemində yerləşdirmişdi.
Həmin ildə sözügedən qurğular Naxçıvan MTN-nin istifadəsinə də verilib və MR-in rabitə sisteminə quraşdırılıb. Məhz bu qurğuların içində sırf V.Talıbovun dinlənilməsi üçün nəzərdə tutulan qurğular da Naxçıvana ötürülüb.Çünkü V.Talıbov qorunan, şifrəli rabitə xəttlərindən istifadə etdiyindən onu dinləmək üçün daha yüksək texnoloji imkanlar yaradan qurğular lazım idi. Onların Naxçıvana çatdırılması təmin edilib.
Lakin əməliyyatın bundan sonrakı hissəsi daha böyük həssaslıq və ehtiyyatlılıq tələb edirdi. Ən xırda ehtiyyatsızlıq məlumat sızması ilə nəticələnə bilərdi.Bunu nəzərə alaraq, MR rəhbərliyinin dinlənilməsinə imkan verən qurğuların ən etibarlı yerdə – Eldar Mahmudovun Naxçıvan şəhərindəki villasında yerləşdirilməsi qərara alınır . Bu villa Naxçıvan MTN-in nəzarəti altında olsa da, sahibindən və V.Ələsgərovdan icazəsiz heç kim ora daxil ola bilməzdi.
Beləliklə, təxminən 3 il müddətində V.Talıbov və ətrafı Eldar Mahmudovun villasından dinlənilib, toplanılan materiallar V.Ələsgərov tərəfindən Bakıya ötürülüb. Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra V.Ələsgərov şəxsən həmin qurğuları ordan götürür və Araz çayına atır. Villadakı bütün izlər isə məhv edilir. Sayt yazır ki, istintaqda Vəli Ələsgərov Naxçıvan rəhbərinə qarşı hansı kompromatlar yığdığın heç cür açıqlamayıb, qurğular isə Araz çayına atıldığından dəlillər əldə etmək mümkün olmayıb.
Naxçıvandakı oxuculardan daxil olan məlumatlara görə Vəli Ələsgərovun işçisi olmuş Qumru Tarverdiyeva ilə münasibətləri haqda bilməyən yox idi. Bu qadın Naxçıvan MTN-də əvvəlcə V.Ələsgərovun katibəsi kimi işə başlayıb, sonra vəzifə pillələrində sürətlə irəliləyib. Digər mənbə isə bildirir ki, V.Ələsgərovun intim görüntüləri Bakıda 3 qadınla əylənərkən çəkilib.