Bolqar dələduzları azərbaycanlı kişiləri necə ŞANTAJ EDİRLƏR? – FOTOFAKT

1-02-2024, 17:11           
Bolqar dələduzları azərbaycanlı kişiləri necə ŞANTAJ EDİRLƏR? – FOTOFAKT
Bolqar dələduzları azərbaycanlı kişiləri hədəfə alaraq onlarıı şantaja keçib. Belə bir təhlükə ilə texnobloqer Fərid Pərdəşünas qarşılaşıb. O, hazırda bolqar dələduzlarının hədəfində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Fərid Pərdəşünas şəxsi “Facebook” hesabında qeyd edib ki, bu dələduzluq növü ilə çox azərbaycanlı kişi şantaj olunur və pulu alınır:

“Bolqar dələduzluğu kişilərlə görüntülü danışıb, onların intim görüntülərini çəkərək, kiber şantaj üsulu ilə pul almaqdır. Bu dələduzluq növündə türk xanımlardan istifadə edilir. Gördüyünüz ekran çəkimində isə daş qayaya rast gəlib. Sabah görüntülü danışıb, bu dələduzu ifşa edəcəm. Çoxdandır bu məqamı gözləyirdim. Allah bilir hansı yazıq dələduzdu, gəldi ilişdi mənə. Bunlar elə bilir mən vikipediaçı zadam, o dəqiqə soyunacam”, - deyə texnobloqer əlavə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.