Qara fəhlə yeri də satışa çıxarılıb - Daşkəsəndə

9-04-2015, 10:59           
Qara fəhlə yeri də satışa çıxarılıb - Daşkəsəndə
Daşkəsən Su-Kanal İdarəsinin müdiri Pənah Əhmədovla bağlı daha bir maraqlı məlumat yayılıb. JAM.AZ-a verilən məlumatda deyili ki, sözügedən qurumun rəhbəri rayonda fəhlə yerlərini satışa çıxarıb.

Daha doğrusu, Pənah Əhmədov yaxın vaxtlarda Daşkəsənə yeni su xətlərinin çəkilməsi ilə bağlı şirkət gələcəyi və orada yerli fəhlələrdən istifadə olunacağını bildirib. Yaxınlarına dediyinə görə, həmin şirkətdə fəhlə işləmək istəyənlər indidən ona müraciət edə bilər. Amma müraciətlə yanaşı, gərək 1000 manat pulu da olsun. Çünki bui şin qeyd olunan məbləğə həll edilməsinin mümkünlüyünü vurğulayıb.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Pənah Əhmədov artıq 15 nəfərə fəhlə yerini satıb. Yenilərinin də müraciət etməsini gözləyir.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.