Azərbaycanda “Contact” ödəniş sistemi üzrə pulköçürmələr dayandırılıb

22-02-2024, 07:14           
Azərbaycanda “Contact” ödəniş sistemi üzrə pulköçürmələr dayandırılıb
Rusiya Mərkəzi Bankı fevralın 21-də "Qiwi Bank"ın lisenziyasını ləğv etdikdən sonra “Contact” ödəniş sistemi, o cümlədən Azərbaycan bankları vasitəsilə əməliyyatlarını dayandırıb.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sistemin operatoru olan "Qiwi Bank”ın saytında bildirilir.

Rusiya Mərkəzi Bankının məlumatına görə, “Qiwi Bank”ın kölgə əməliyyatları apardığı üçün lisenziyası ləğv edilib: "Bank fiziki şəxslərlə kölgə biznesləri arasında, o cümlədən kriptovalyutaların, onlayn kazinoların və bukmekerlərin xeyrinə hesablaşmalar həyata keçirib".

Həmçinin, bu gün səhər saatlarında “Qiwi” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanmağa başlanılıb.

Bankın saytında xidmətin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.

Qeyd edək ki, “Contact” ödəniş sistemi bütün Rusiyada, yaxın və uzaq xaricdə pul köçürmələrinin qəbulu və verilməsi üçün 760 mindən çox məntəqəyə malikdir.

Son bir ildə Rusiya Mərkəzi Bankı “Qiwi Bank”a qarşı 5 dəfə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. O cümlədən, iki dəfə müəyyən əməliyyatları məhdudlaşdırılıb. Lisenziya ləğv edildikdən sonra tənzimləyici cinayət əlamətləri olan bank əməliyyatları haqqında məlumatları hüquq-mühafizə orqanlarına göndərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru