27 ölkənin 10-da iqtisadi tənəzzül – OECD hesabat açıqladı

22-02-2024, 07:27           
27 ölkənin 10-da iqtisadi tənəzzül – OECD hesabat açıqladı
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə bu göstərici 0,5 faiz artmışdı.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl ikinci rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur.

Almaniya iqtisadiyyatı iki rüb 0 artımdan sonra dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Bu arada, Kanada iqtisadiyyatı əvvəlki rübdə daraldıqdan sonra oktyabr-dekabr aylarında 0.3 faiz genişlənib, İtaliyanın ÜDM artımı isə 0.1 faizdən 0.2 faizə qədər sürətlənib.

Dördüncü rübdə İƏİT ölkələri arasında ÜDM-in ən əhəmiyyətli artımı Kosta Rika və Norveçdə (müvafiq olaraq 1,8 faiz və 1,5 faiz), ən əhəmiyyətli azalma isə İrlandiyada (0,7 faiz) müşahidə olunub.

2023-cü ilin yekununda OECD ölkələrinin iqtisadi artım tempi bir il əvvəlki 2,9 faizdən 1,6 faizə qədər yavaşlayıb, məlumatların mövcud olduğu 27 ölkədən 10-da tənəzzül qeydə alınıb. Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub – 3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə - ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru