Şadlıq saraylarında yeni QAYDA: Toy edən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq - VİDEO

28-02-2024, 11:04           
Şadlıq saraylarında yeni QAYDA: Toy edən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq - VİDEO
Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.
Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.