Portali işlədə bilmirlər ləğv etsinlər birdəfəlik və hər idarənin vakansiyasini versinlər hərənin oz idarəsinə.

28-02-2024, 17:46           
Portali işlədə bilmirlər ləğv etsinlər birdəfəlik və hər idarənin vakansiyasini versinlər hərənin oz idarəsinə.
TEREF yazır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə daha bir işçinin şikayətini ictimaiyytə təqdim edib. Mirvari xanım yazır:
Şirkətdə vakant yer elan olunur, ardınca portal bağlı olur, və əgər sonradan həmin vakant yer elan olunan vəzifəyə kimsə qəbul olunsa? Bəs onda bunun izahı necə olacaq cənablar? Bu halda şirkətdə işə qəbulda şəffaflıq təmin olunurmu?
Rac Kərimov yazdı:
Salam Mirvari xanim. Socarin Insan Resurslari departamentinin Portali yenə də işləmir. Deyilənənə gorə CİC deyilən bir innovasiya mərkəzi var bu məsələyə onlar cavabdehdir. Prezident aparatina şikayət etdim amma departament cavab yazdi ki, guya mənim girişə cəhd etdiyim vaxt alti-bazara duşub. Bunlarin şikayətini kimə edək? Bunlar niyə işçiləri bu qədər incidir, problem yaşadirlar? Bu boyda Socarda bir dənə mutəxəssis tapilmadi ki, bu problemi aradan qaldirsin? Portali işlədə bilmirlər ləğv etsinlər birdəfəlik və hər idarənin vakansiyasini versinlər hərənin oz idarəsinə.
85 ədəd telefon dəyişdim, 85 dəfə brauzer yuklədim amma yenə də normal daxil olmaq imkanim olmadi. Bu necə xidmət növüdür, bu necə kadr siyasətidir? Bu necə innovasiyadir? Dekabr ayindan bu məsələ hələ də həllini tapmaq bilmir. Sonra da deyirlər filankəs niyə şikayət edir!?
Budur da, sizin peşəkarliğiniz budur!Elementar bir sual verirəm: Socarda işləyən işçi 3 aydir ki ona uygun olan vakansiyanin çixmasini gozləyirdi və budur həmin vakansiya elan edilib, amma işçi həmin vakansiyaya qeydiyyatdan keçə bilmir çunki həmin bu portala daxil ola bilmir! Bu nə deməkdir? Vakansiyanin da qeydiyyat muddəti 2-3 gun olur! Bu portalin fəalliyəti uçun yəqin ki, kulli miqdarda pullar ayrilir, yaxşi bəs portal normal işləmirsə bu qədər pullar niyə yeyilir? Hani bəs bizim hörmətli iqtisadçilar? Niyə bu maliyyə itkisinə göz yumurlar? İşləmir də portal, yalan yerə niyə pul odəyirsən onlara?
Sizə deyirəm ki o qədər Play marketdən brauzerlər yuklədim ki, axirda Play marketdən mənə məktub yazdilar ki, "sən nə istəyirsən bizdən", yazdilar ki sənin dərdin nədir, nə axtarirsan bizə yaz biz sənə komək edək?!
Amma bunlara izah edə bilmirəm ki, bizdə belə bir problem var və heç kimin də Q. DA DEYİL! Bunlar qəsdən bu problemi yaradirlar ki, işçi cənab ali baş komandana şikayət eləsin və onu bu kimi problemlərlə narahat etsin.
Baxin görün vəziyyət nə qədər acinacaqlidir ki, işçi portalin nasaz işləməsinə gorə ölkə başçisina şikayət edir. Həqiqətən bu faciədir. Dəhşətdir.
Və sonda fursətdən istifadə edib bizim idarənin hörmətli əmilərindən xahiş edirəm: qarşidan novruz bayrami gəlir və yeni ildəki kimi başimizi avansla aldadib şəxsən mənim əməkhaqqimi yarilamayin! Zatən əmək məcəlləsində də var ki, işçi öz maaşini ayda 2 dəfə avans şəklində ala bilər. Ona gorə də məni qoyun yerinə qoyub oz halal maaşimi mənə minnətlə qeyri adi bir hədiyyə kimi təqdim etməyin çox xahiş edirəm. Bayram gunu pulum olmaz - canim çixar gedib marketdən nisyə alib borclu qalaram amma sizin mənə bu cür hədiyyəniz lazim deyil, maaşimi paralamayin! Bilirəm bu göstərişi sizə verən verir, əslində sizin gunahiniz deyil. Amma işçiyə hədiyyə verə bilirsən - hədiyyə ver, yox onu edə bilmirsənsə onda sakit dur və məni gic yerinə qoyma.
Hormətlə Rac Kərimov.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.