Məktəb direktorunun oğluna zorlama ittihamı - Azərbaycanda

9-04-2015, 11:05           
Məktəb direktorunun oğluna zorlama ittihamı - Azərbaycanda
Elşən Məmmədov qızına təcavüz edən şəxsin həbsini tələb edir, Qəbələ rayon Prokurorluğunda istintaq gedir; müstəntiq “Yeni Müsavat”a açıqlama verdi

Bakı sakini Elşən Məmmədov “Yeni Müsavat”a müraciət edib. Bibiheybət qəsəbəsində yaşayan müraciət müəllifi qızının başına gətirilən müsibətdən sonra istintaqın ləngiməsindən şikayətlənib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü qızı Xəyaləyə (ad şərtidir) təcavüz olunub.
E.Məmmədov hadisə barəsində bunları qeyd edib: “2014-cü il avqustun 20-də ailəvi İsmayıllı rayonunun Gideyli kəndinə toya getmişik. Həmi gün gecəsi kəndin məktəb direktoru Həsən Məmmədovun oğlu Aqşin qızımı qaçırıb. Bu ailə ilə uzadan qohumluğumuz var. Aqşin arabir Bakıda evimizə gedib-gəlib. Ancaq ağlımız gəlməyib ki, belə bir iş tuta bilər. Çünki evlidir, 2 uşağı var, 30 yaşı haqlayıb. Mənim qızım isə məktəblidir. Taksi sürücüsü işləyirdi, bizi də İsmayıllıya gedəndə aparırdı. Həmin tarixdə gecə qızı evdən qaçırıb. Biz ayrı-ayır otaqlarda olmuşuq. Üç gün balamdan xəbər olmayıb. Hətta məktəbin direktoru olan atası Həsən məsələdən agah olsa da, qızımın harada olmağını məndən soruşub. Demə, Aqşin qızı bibisi evində gizlədib. Həsən Məmmədov da zorlama faktını ört-basdır etmək istəyib”.
Şikayətçi 102 xidmətinə zəng edib: “İsmayıllı rayon Prokurorluğunda cinayət işi açıldı. Qızımdan 5 saat izahat alınıb. Uşaq izaha verəndə stressdən ürəyi gedib, 103 xidmətindən verilmiş həkimlərin arayışı da bunu təsdiq edir. Ancaq istintaq Həsən Məmmədovun istədiyi istiqamətdə getdiyini görüb Baş Prokurorluğa müraciət etmişik. İş Qəbələ rayon Prokurorluğuna verilib. Müstəntiq Elçin Sadıqovun iştirakı ilə Aşinin qızımı gizlətdiyi yerlərdə çəkiliş aparılıb. Heydər parkı, həmin parkın istirahət mərkəzi, Qəbələnin Şəhidlər Xiyabanına yaxın çay istiqamətində, meşəlikdə gizlətməsi ilə bağlı qeydlər götürülüb. Bundan sonra Qəbələ rayon Prokurorluğunda 149.1 maddəsi ilə cinayət işi başlanıb”.
Qızın atası deyir ki, bir neçə ay sonra müstəntiq yenidən övladını izahat verməyə çağırıb: “Mənə günlərlə zəng etdi. Ancaq qızımın təzədən ağrı-acını yaşamasını istəmədiyim üçün izahat verməyə qoymadım. Müstəntiq 149.1 maddəsini 152-ci maddə ilə əvəzləmək istədiyini, əvvəlki izahatların dəyişdirilməli olduğunu söylədi”.
E.Məmmədov deyir ki, hadisənin üstündən təxminən bir ilə yaxın vaxt keçir: “Mənə çatan xəbərlərə görə, Aqşinin atası məktəb direktoru kimi öz imkanlarından istifadə edərək istintaqın gedişinə təsir göstərir. Qızım zorlanıb, ortada fakt var, cinayət işi açılıb. Amma müstəntiq maddəni dəyişməklə cinayəti bağlamaq istəyir. Mən valideyn və vətəndaş olaraq Aqşin Məmmədovun cəzalandırılmasını tələb edirəm. Hər şeyə göz yummaq olar, namus məsələsinə yox. Öz oğlunu düzgün tərbiyə də bilməyən bir ata məktəbdə təhsil alan uşaqlara necə tərbiyə verə bilər? Onu kimi adamların təhsildə rəhbərlik etməsi böyük ləkədir. Aqşin isə azadlıqda gəzir. Qanunun aliliyi qorunmalıdır. Prokurorluqda izahat alınan zaman üstümüzə hücum çəkən Həsən Məmmədov “pulum var” deməklə məsuliyyət daşıyır. Bizim yeganə tələbimiz istintaqın yekunlaşıb, məhkəməyə göndərilməsi və cinayəti törədən adamın həbs olunmasıdır”.
Müstəntiq Elçin Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hadisə avqustda olsa da, oktyabrın 20-də cinayət işi açılıb. Müstəntiqin sözlərinə görə, hazırda iş araşdırılır: “Şübhəli şəxs kimi saxlanan olmayıb. Zorlama işi olanda ertəsi gün şikayət edilir və dərhal həbs olur. Bu işdə zorlama faktı ilə bağlı qeyri-müəyyənliklər var. Ona görə araşdırma aparılır, hər tərəfli öyrənilir. Tibbi ekspertizanın nəticəsi var, biz onu indi açıqlaya bilmərik. Onların əvvəlcədən tanışlığı olub, 4 gün Qəbələdə qalıblar.
Sonra qız İsmayıllıya anasının yanına gedib, təzədən oğlanın yanına qayıdıb. Hər halda 4 gün zorlama olmur və ona görə də bütün tərəflər araşdırılır. İstintaq gedir və biz o ailəyə kömək etməyə çalışırıq. Ümumiyyətlə, bu gün zorlama hadisələri aktual məsələdir”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.