Əmək Məcəlləsində bu əmək münasibəti İlə əlaqədar aşağıdakı dəyişikliklər edilməlidir

8-05-2024, 09:54           
Əmək Məcəlləsində bu əmək münasibəti  İlə əlaqədar aşağıdakı dəyişikliklər edilməlidir
Əvvəlki statuslatımda da - müddətli əmək müqaviləsinin işçilərin əmək hüquqlarının məhdudlaşdırdığını və işçilər üçün yaratdığı problemlər barədə ətraflı izahat vermişəm.
Hesab edirəm ki, praktikada müddətli əmək müqaviləsi ilə bağlı yaranmış problemləri aradan qaldırmaq üçün, Əmək Məcəlləsində bu əmək münasibəti İlə əlaqədar aşağıdakı dəyişikliklər edilməlidir:
AR Əmək Məcəlləsində hal hazırda qüvvədə olan 45.4-cü maddəsi: Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyənedilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Təkliflərimiz:
1. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə bu qaydada dəyişikliklər edilsin: Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda - Əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
2. Əmək Məcəlləsinin 45.5-ci maddəsi: Müddətli əmək müqaviləsi yalnız:müvəqqəti, qısa müddətli, mövsümü, ƏməkMəcəlləsinin 47-ci maddəsində və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda bağlanıla bilər.
3.AR Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi çıxarılsın:"tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə".
4. AR Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi aşağıdakı redaksiyada qəbul edilsin: Hər bir idarə, müəssisə və təşkilatlarda müddətli əmək müqavilələrinin bağlanması işçilərin ümumi sayının 15 faizindən çox ola bilməz.
5. Əmək Məcəlləsinin bu tələblərini pozan İşəgötürənlər maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunur.
6. Əmək müqaviləsi bağlandıqda heç kimi o cümlədən işçiləri narahat etməyən, Əmək müqaviləsi ləğv edildikdə isə artıq gec olan müddətli Əmək müqavilələri?
7. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı dəfələrlə: Milli Məclis, Millətvəkilləri, Ə və ƏS Müdafiə Nazirliyi, Əmək Müfəttişliyi, mətbuatda məsələ qaldırıb, şifahi və ya yazılı təkliflər verib.
8. Belə bir sual yaranır: İdarə, müəssisə və təşkilatlarda işçilərlə kütləvi surətdə müddətli əmək müqaviləsinin bağlanması qanunidirmi?
9. İlkin görünüşdə belə görünür ki, qanunidir. Belə ki, AR Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddəti əmək müqaviləsi bağlanıla bilər. Lakin:
10. Əmək Məcəlləsnin 45.4-cü maddəsinə əsasən:Əmək funksiyasının yerinəyetirilməsi şərtlərinə görə işin və ya göstərilən
xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda,Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Yəni, Məcəllənin əsas tələbi ondan ibarətdir ki, əgər işlər və xidmətlər daimi xarakter daşıyırarsa, əvvəlcədən məlumdursa, əmək müqaviləsi müddətsiz bağlanmalıdır.
11. İşəgötürən tərəfindən müddətli Əmək müqaviləsinin bağlanmasının əsas səbəbi məlumdur. Qane etməyən işçi ilə heç bir hüquqi problem yaratmadan vidalaşmaq. İstehsalat tərəfdən baxdıqda isə hər bir işəgötürənə müəyyən müddət işləmiş, təcrübə qazanmış və peşəkar olan işçişlərlə müddətli əmək müqaviləsi deyil, müddətsiz əmək müqaviləsi bağlamaq sərf edir.
12. Müddətli əmək müqaviləsinin bağlanmasında əsas məqsədi o deyil ki, burda tərəflərin, xüsusən də işçinin iradə ifadəsi var. Burada. tərəflərin iradə ifadəsindən söhbət belə gedə bilməz,burada qorxu var, sadəcə hər bir işçi çox gözəl bilir ki, müddətli əmək müqaviləsi barədə işəgötürənin təklifi ilə razı olmasa, onunla ümimiyyətlə müqavilə bağlanmayacaq.
13. Müddətsiz əmək müqaviləsində olan işçi ilə də bir çox hallarda işəgötürənin təklif və təzyiqi ilə müddətsiz əmək müqaviləsi, müddətli əmək müqaviləsi ilə əvəz olunur. İşçi bu barədə olan təklifdən məmnun qalmasada, başqa yolla əmək müqaviləsinin ləğv edilməsindən qorxaraq bu barədə işəgötürənin təklifini qəbul etmiş olur, təzyiqlə, lakin görünən odur ki, öz iradə ifadəsi altında qanuni.
14. Belə bir sual yaranır, nədən müddətin sonunda işdən azad olunma qorxusu olan işçilər müddətli əmək müqaviləsi bağlasın? Ən azından işçilərin çox hissəsi gözəl bilir ki, Əmək Məcəlləsinə əsasən istədiyi vaxt, yəni ərizə yazdığı gün və ya ən çoxu bir ay müddətində işdən azad oluna bilər. Bu halda nədən özünün ziyanına olan müddətli müqaviləyə imza etsin.
15. Fikir verin, nədənsə əksər işçilər öz iradə ifadəsi altında: 3 ay, 6 ay və ən çoxu 12 ay kimi qısamüddətli əmək müqaviləsi imzalaylr, sanki əvvəldən hamısı yığışıb razılaşmış kimi.
16. . Bu sual əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanını və ictimai nəzarəti həyata keçirən - həmkarlar təşkilatlarını da maraqlandırmalır. Nədən işçilər kütləvi surətdə, istəmədikləri halda, rəsmi olaraq isə öz iradə ifadələri altında maraqlarına zidd olan müddətli əmək müqavilələrinə imza edirlər. Bu halları aradan qaldırmaq üçün hansı hüquqi yollardan istifadə etmək lazımdı.
17. Bir faktı qeyd edim ki, əvvəllər aşağı vəzifələrdə, xüsusən də fəhlə və qulluqçularla müddətli əmək müqaviləsi bağlanılırdı. İndi isə hətta yüksək vəzifəli işçilərlə. Maraqlıdır, hansı səbəblə yüksək vəzifəyə təyin olan işçi öz iradəsi ilə müddətli əmək müqaviləsi bağlasın.
18. Yekun olaraq bildirmək istəyirəm ki, məcburiyyət və ya təzyiq qarşısında qalmasa çox az işçi istisna olmaqla, işçilərin əksəriyyəti Əmək Məcəlləsində nəzərdə tutulan qaydada öz iradə ifadəsi və qarşılıqlı razılıq əsasında yalnız müddətsiz əmək müqaviləsi bağlamaq istər.☝
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.