Klublarda audit yoxlaması: Dövlət ayırdığının hesabını tələb edir

8-05-2024, 09:49           
Klublarda audit yoxlaması: Dövlət ayırdığının hesabını tələb edir
Azərbaycanın futbol klublarında audit yoxlaması aparılır.

Aut.az-ın əldə etdiyi məlumata görə, SOCAR klublara dövlətin göstərişi ilə ödədiyi maddi yardımı təftiş etmək qərarına gəlib. Buna səbəb bəzi klublarda qanun pozuntusu olması ilə bağlı informasiyaların yayılmasıdır.

Bu proses artıq 3 aydır davam edir. Buna görə bir sıra klublar futbolçularına, işçilərinə əməkhaqqı verə bilmir. Premyer Liqa təmsilçiləri eyni zamanda müxtəlif təyinatlı ödənişləri də reallaşdıra bilmir.

Əldə etdiyimiz məlumata görə, “Araz Naxçıvan”, “Sabah”, “Kəpəz”, “Səbail”, “Turan Tovuz”, “Sumqayıt” klublarında maliyyə pozuntularının müəyyən edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru