Şahların sözü, sözlərin şahı olmalıdır.Əlbəttə ki, əgər sözü verən ,şah olsa!!!..
11-05-2024, 13:16
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu
11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
SOCAR yüksək vəzifə sahibləri!
Sizlər ölkə prezidentinin sərəncamı ilə vəzifəyə təyin olunmusunuz. Qanunları da ölkə başçısı təsdiq edir. Şirkət vəzifəliləri və şirkət strukturuna daxil olan bütün idarəvə müəssisələri bu qanunlara əməl edirmi??
SOCAR-2022-ci ildə SOCAR struktur təşkilatlarında korrupsiya halları müşahidə edilməmişdir(????????)
Hesabat dövrü ərzində heç bir insan haqlarının pozulması üzrə heç bir şikayət və ya insindent qeydə alınmamışdir.(?????????)
Bu yəqin ki,2 ildən sonra yazılacaq 2023-cü il hesabatında da ,gələcəkdə də yazılacaq.
“Ы” əməliyyatı
1.2021-2023-cü illərdə SOCAR strukturuna daxil olan idarələrin birindən həm sosial şəbəkələrdə,həm də e-mail adresimizə korrupsiya ilə bağlı şikayətlər daxil olur.
İdarə rəisi ondan şikayət yazan insanı qeyri qanuni işə buraxmır. Elə bilirdi ki,idarə dədəsindən miras qalıb. Həm də 15-ə yaxın ailə üzvünün onun tabeliyində vəzifə sahibi olduğu üçün qənaətində möhkəm idi.
2022-2023-cü illərdə sosial şəbəkələrdə yenidən həm korrupsiya , ,həm də korrupsiya ehtimalı olan faktlar yayılır. Və bundan narahat olan olan böyük “çətənin” fəaliyyəti başlayır;
.-Sosial şəbəkələrdə yazılan şərhlər “Markın səlahiyyətli nümayəndələri”tərəfindən hədə qorxu gəlməklə silinir.
-İşçi SOCAR vəzifəlilərinə faktlarla söykənən ərizə ilə müraciət etsə də, şirkət işçini işə buraxdıra bilmir,rəis icazə vermir. Şirkətin də ona gücü çatmır.
-İşçiyə isə şirkətin vəzifəli şəxsləri tərəfindən izah olunur ki,idarədə sizinlə rəisiniz arasında konflikt olduğu üçün biz sizi iş yerinə göndərə bimərik(niyə????) və işçidən xahiş edilir ki,3-4 aylığa sizi başqa quruma(SOCAR strukturuna yox,yəqin çətə icazə vermir)işə düzəldək ,3-4 aydan sonra işinizə qaytarılarsınız. İşçi vəzifəli şəxslərə inanır,etibar edir və razı olur. Və zamanında tutduğu vəzifədən qat- qat aşağı vəzifəyə (müzahibədən keçməklə) təyin olunur. Bir müddət sonra hikkəli rəis başqa nazirliyə yüksək vəzifəyə göndərilir. Və proseslər əvvəlki axarı ilə davam edir(???)
2. İşçiyə qarşı təzyiqin növbəti mərhələsi başlayır. Çətə tələb edir.
-Bir müddət sonra(3-4aydan sonra) işçinin hal hazırda çalışdığı idarənin rəisi tez tez xəbər alır,bəs niyə getmirsən(???). Və ardınca işçinin “həyat və fəaliyyəti” geniş araşdırılmağa başlanır (niyə???).Müxtəlif arayışlar tələb olunur(???) İşçi yenidən ona söz verən söz “sahiblərinə”,müraciət edir.Müraciət sahibləri isə söz oyununa başlayır.
Cənab və xanımlar! Şahların sözü, sözlərin şahı olmalıdır.Əlbəttə ki, əgər sözü verən ,şah olsa!!!..
Qeyd:İşçidən icazə almadığım üçün yazımda adlar qeyd olunmur.Amma düşünürəm ki,prosesin daha geniş araşdırılılmasına ciddi ehtiyac duyulur.
Ardı olacaq.
Mirvari Gahramanli
TEREF