Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

13-05-2024, 09:44           
Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA
Göyçay Peşə Liseyinin (106) yataqxanasında məskunlaşan Şəmiyev Cavid Ələddin oğlunun ilan sancması səbəbilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Qeyd edək ki, o, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik Sahəsində fəhlə işləyir. Bəzi mənbələrdən aldığımız məlumata görə, hadisə C. Şəmiyev qeyri-iş vaxtı rəhbərlik tərəfindən ona tapşırılan əmri yerinə yetirərkən baş verib. Belə ki, şənbə günü rəsmi iş saatı olmamasına baxmayaraq, C. Şəmiyev poliqona tullantıları boşaldarkən ətrafdakı köhnə vedrənin altında gizlənən ilan onu qolundan sancıb.

Buna görə sözü gedən idarə Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, məsuliyyət daşıyır. (Allah şəfa versin!)

Məsələ ilə bağlı qarşı tərəfin açıqlamasını öyrənmək və dərc eləməyə hazırıq!
TEREF...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru