“Bravo” 50 faiz endirimlə vaxtı keçmiş şokoladlar satır? - AÇIQLAMA - VİDEO

14-05-2024, 00:08           
“Bravo” 50 faiz endirimlə vaxtı keçmiş şokoladlar satır? - AÇIQLAMA - VİDEO
“Bravo” supermarketində istifadə müddəti başa çatmış məhsulun satılmasıyla bağlı görüntü müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə müştəri sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, “Bravo”dan aldığı şokoladların bir qisminin 6 ay, qalanının isə 1 il öncə istifadə müddəti başa çatıb. Lakin buna baxmayaraq supermarket həmin şokoladları 50 faiz endirimlə yenidən satışa çıxarıb. Məlumatın doğru olduğunu təsdiqləmək üçün o, qəbzin üzərindəki tarixi də çəkərək göstərib.
Məsələylə bağlı Avtosfer.az saytının əməkdaşı “Bravo” supermarketlər şəbəkəsinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Verilən məlumata görə, xoşagəlməz hal qısa zamanda aradan qaldırılıb: “Məsələdən xəbər tutduğumuz zaman nəzərdə tutulan şokoladların satışı dayandırılıb və bu işdə məsuliyyət daşıyan əməkdaşımız vəzifəsindən kənarlaşdırılıb. Zərərçəkmişin qonşusu şikayətçi qismində mağazaya yaxınlaşdığı üçün məhsulun ödənişi geri qaytarılmayıb. Əməkdaşımız xanıma, müştərinin özünün qəbzlə yaxınlaşmasını bildirib”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru