Uşaq bağçalarına elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması dayandırılır

22-05-2024, 15:54           
Uşaq bağçalarına elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması dayandırılır
Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildiirlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdilənmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədi ilə 24 may 2024-cü il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.
Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.
Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru