Vitrin və kassa qiymətləri arasındakı FƏRQ: - Mağazalar alıcını aldadır?
22-05-2024, 18:04
Vətəndaş bəzən mağazalarda piştaxtalarda qiymətləri ilə kassa qiymətlərinin fərqli olmasında narazılıq edir. Onlar məhsulu piştaxtada daha ucuz, kassada vurulduqda isə daha baha olduğunu bildirirlər. Bəs bu cür hallarla qarşılaşmamaq üçün istehlakçı nələrə diqqət etməlidir? Bu problem niyə həllini tapmır? Bu zaman mağazaya hansı cəza verilə bilər?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, qiymət intizamının pozulması inzibati xətalar məcəllyə əsasən 800 azn-dən - 1000 manata qədər cərimə nəzərdə tutulur.
"Biz bəzən bazarlarda, marketlərdə qiymət arasındakı fərqi müşahidə edirik. Vitrin və kassa qiymətində arasında kifayət qədər fərq olur. Nəzərə almaq lazımdır ki, istehlakçıların hüquqlarının pozulması qanunvericilik ilə qadağandır. Vətəndaş əgər bu halla qarşılarsırsa İqtisadiyyat Nazirliyi və antiinhisar komissiyasına müraciət şikayət edə bilər.
Qiymət intizamının pozulması inzibati xətalar məcəllyə əsasən 800 azn-dən - 1000 manata qədər cərimə nəzərdə tutulur. Vətəndaş öz hüququnu qorumaq üçün i İqtisadiyyat Nazirliyi ,məhkəmə müraciət edə bilər. Əgər vətəndaşa 300 manatdan daha çox ziyan dəyirsə bu zaman cinayət məsuliiyəti hesab edilir. Digər hallarda isə inzibati məsuliyyət yaradır".