Azərbaycanda avtomobillərlə bağlı yenilik

24-05-2024, 07:04           
Azərbaycanda avtomobillərlə bağlı yenilik
Elektromobilə olan tələbatı nəzərə alaraq Azərbaycanda növbəti illərdə bu tip avtomobillərin istehsalı və ixracı ilə bağlı layihələr gözlənilir.
Bunu "Report”a açıqlamasında Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.

O bildirib ki, ümumilikdə 2024-cü ildə Azərbaycanda 8 000 avtomobil istehsalı nəzərdə tutulub ki, bunlardan 6 000-i minik avtomobilləri, 2 000-i isə yük avtomobilləri və avtobuslardır.
İcraçı direktorun sözlərinə görə, avtomobillərin qiyməti 17 min 800 manatdan başlayır və bu rəqəm 160 min manata qədər dəyişir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 254 ədəd (il ərzində 75,2 % artıb) yük avtomobili və 948 ədəd (-24,7 %) minik avtomobili istehsal edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru