"Kefli olublar" - "Şərurlu İsfəndiyar" qırılan liftdən danışdı

14-06-2024, 15:45           
"Kefli olublar" - "Şərurlu İsfəndiyar" qırılan liftdən danışdı
Məlum olduğu kimi, ötən gün Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb. Hadisə nəticəsində 8 nəfər (5-i qadın, 3-ü kişi olmaqla) xəsarət alıb. Onlardan 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Məsələ ilə bağlı "Unikal"a danışan "Şərur MTK"nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov hadisənin baş verməsinin səbəbini açıqlayıb:

"Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar.

Liftin də yükgötürmə qabiliyyəti var. İki qat, bəlkə də üç qat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib".

"Şərurlu İsfəndiyar" məlum hadisədən sonra sosial şəbəkələrdə Şərur MTK-nın tikdiyi binalarda liftlərin keyfiyyətsiz olması barədə yayılan iddialara belə cavab verib:

"Kim nə yazır özü bilər. Sağ olsunlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru