İşçilərə ödənilən hansı əmək haqları yaddan çıxıb?
11-07-2024, 13:30
Aşağıda göstərilən və işçilərə ödənilən əmək haqqının bir çox növləri çox təəssüf ki, artıq yaddan çıxıb. Bir vaxtlar işçilərə ödənilmiş, hal hazırda isə yaddan çıxan və ödənilməyən əməkhaqqı növləri,bir neçəsi istisna olmaqla
1. Taarif (vəzifə) maaşı.
2. Taarif (vəzifə) maaşına əlavələr: susuzluğa görə, gecə saatlarına görə, normadan artıq, dəniz əmsalı, zərərli iş şəraitinə görə və sair.
3. Peşəkarlığa görə əlavə ödənişlər.
4. 13-cü aylıq əmək haqqı.
5. Fasiləsiz iş stajına görə aylıq əlavə ödəniş
6. Məzuniyyətə çıxmaqla əlaqədar bir aylıq əmək haqqı məbləğində əlavə ödəniş.
7. Aylıq və rüblük mükafatlar.
8. İlin yekunlarına görə mükafatlar.
9. Hər hansı bir işin yekununa görə mükafat.
10. Əməyin mühafizəsi qaydalarına əməl etmıyə görə aylıq, rüblük və illik mükafatlar.
11.Sosial vəziyyəti ağır olan işçilərə ödənilən maddi yardımlar və müavinətlər.
12. Pulsuz mənzillərlə təmin olunma.
13. Əlil işçilərin əmək haqqına əlavə ödəniş və sair.
Azər Quliyev,
TEREF