Gəncə sakini ünvanlı sosial yardımının kəsilməsinə ETİRAZ EDİR - “Mayda təkrar müraciət etmişik, hələ də cavab yoxdur”

12-07-2024, 09:44           
Gəncə sakini ünvanlı sosial yardımının kəsilməsinə ETİRAZ EDİR -
Gəncə şəhər sakini Məmmədova Rəsmiyyə Novruz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi təqdim olunub. Vətəndaş bildirir ki, neçə il ünvanlı sosial yardım alsa da, aprel ayında qanunsuz olaraq kəsilib. Deyir ki, yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilirliyinə müraciət etsə də, evə baxış üçün gələn yoxdur:

“Mən, Məmmədova Rəsmiyyə Novruz qız, yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, ailəliyəm, 2 övladım var. Qızımın 13, oğlumun 5 yaşı var. Yoldaşım Məmmədov Vüqar Ağalar oğlu II qrup əlildir. Hərbi xidmət dövründə alınan epilepsiya xəstəliyi getdikcə ağırlaşır. Cəmi 220 manat təqaüd alır. Mən də işləmirəm. Vəziyyətimiz yaxşı deyil.

Əvvəllər ünvanlı sosial yardım alırdım. Vaxtı tamam oldu, apreldə dayandırıldıb. Mayın 6-sı yenidən müraciət etdik. Amma hələ də yoxlanış gəlməyib. Yoldaşım da belə xəstədir, gəlir yerimiz yoxdur. Anlamıram, niyə yardımı kəsiblər? 220 manat pensiya ilə dolanmaq olmur. Tək özümüz deyilik ki, yetkinlik yaşına çatmamış övladlarım var”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.