Turizm bölgələrində qiymətlər “cib yandırır” - AKTUAL

13-07-2024, 07:54           
Turizm bölgələrində qiymətlər “cib yandırır” - AKTUAL
Artıq yay mövsümü start götürüb.

Məşhurlar əvvəldən istirahət planlarını qurublar. Onlar Türkiyə ilə yanaşı, dünyanın müxtəlif istirahət mərkəzlərinə üz tutacaq, ölkəmizin səfalı guşələrində istirahət edəcəklər.

Bununla bağlı yerli mətbuata danışan aşıq Namiq Fərhadoğlu hələlik istirahətə çıxa bilmədiyini deyib.

Aşıq bölgələrimizdə qiymətlərin kifayət qədər yüksək olduğunu deyib:

“Bölgələrimizdə qiymətlər bahadır, mən tez-tez bölgələrdə oluram və müşahidələrim əsasında bunu deyə bilərəm. Qubada, Şamaxıda, Qəbələdə qiymətlər çox bahadır. Həmin bölgələrdə 1 həftə qalırsan, görürsən ki, elə Türkiyə, Gürcüstan və ya Misirə getsən də eyni pulu xərcləmiş olacaqsan. Ona görə bir çox adam bölgələrimizdənsə, xaricə üz tutmağı üstün tutur”.

Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də ənənəvi olaraq bölgələrə gedən tursitlərin sayında artım müşahidə olunur:

"Yay tətilinin başlanması ilə əlaqədar olaraq bölgələrdə, otellərdə sıxlıq yaranıb. Aşağı kateqoriyalı otaqların satılıb bitməsi, üst kateqoriya otaqların qiymətinin artmasına səbəb olub. Ümumi olaraq üst kateqoriyalı otaqların qiymətinin baha olması onların geniş, işıqlı və bütün avadanlıqlarla təchiz olunmaları ilə bağlıdır.

Dünya praktikası da göstərir ki, otellərdə sıxlıq olduğu zaman qiymətlərdə bahalaşma müşahidə olunur. Çünki otellər bu zaman bazara yeni təkliflə çıxırlar. İkinci bir məsələ budur ki, otellərin müştəri bazası çoxalan zaman əlavə işçi qüvvəsinə ehtiyac yaranır, kommunal xərclər artır.

Bu da əlavə xərclərə gətirib çıxarır. Əlavə xərclər də sifarişçi üzərinə hesablanır, bu baxımdan otellərin qiymətinin bahalaşması normaldır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.