“Apreldə ünvanlı sosial yardım üçün müraciət etsək də, hələ cavab ala bilmirik” - ŞİKAYƏT

13-07-2024, 11:58           
“Apreldə ünvanlı sosial yardım üçün müraciət etsək də, hələ cavab ala bilmirik” - ŞİKAYƏT
Tovuz rayonu, Əlibəyli kənd sakini Rəhimov Bəxtiyar Mahmud oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, iddia edir ki, aprel ayının 26-dan ünvanlı sosial yardım üçün müraciət etsə də, hələ də cavab ala bilmir:

“Mən, Rəhimov Bəxtiyar Mahmud oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Biz aprel ayının 26-dan ünvanlı sosial yardım üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişik. 2 dəfə 142 “qaynar xətt”inə zəng vuraraq, məlumat vermişəm.

Yaşadığımız ev bərbad vəziyyətdədir. Ermənilərə yaxın olan sərhəd bölgəsində yaşayırıq. Böyük qızımın da səhhətində ciddi problemlər var. Lakin, təəssüf ki, indiyədək müraciətimizə cavab ala bilməmişik”.

Jalə FAMİLQIZI

Redaksiayadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.