“Atlas Medical Center” vergi borcunu ödəmir,sertifikasiyadan keçməyən həkimlər isə…-Pasiyentlər təhlükədə…

27-07-2024, 11:34           
“Atlas Medical Center” vergi borcunu ödəmir,sertifikasiyadan keçməyən həkimlər isə…-Pasiyentlər təhlükədə…
“Atlas Medical Center” MMC-nin yığılmış vergi borcunun həcmi məlum olub.
XALQ.AZ-ın məlumatına görə özəl klinikanın yığılmış vergi borcu 63 min manatı ötüb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bir müddət əvvəl “Atlas Medical Center” MMC-ni vergi məsələlərinə görə məhkəməyə verib. Klinika məhkəmə çəkişməsi müddətində vergi borcunun 100 min manatlıq hissəsini ödəməyə məcbur edilib.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, 2014-cü ildə Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanmışdı. Həmin nöqsanlar klinikanın lisenziyadan kənar qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərməsindən ibarət olub. Buna görə də özəl tibb müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar verilmişdi. Lakin nöqsanları aradan qaldıran klinikaya fəaliyyətini bərpa etməyə şərait yaradılıb.

Amma buna baxmayaraq, bu il klinikada yenidən nöqsanlar aşkarlanıb. Cari ilin aprel ayının əvvəlində açıqlanan rəsmi məlumata görə, “Atlas Medical Center”ə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə yazılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.