“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK

27-07-2024, 15:38           
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı
Mağazaların birindən alınan makaronun içindən diri siçan balaları çıxıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil.

Üzləşdiyi acınacaqlı mənzərəni ictimailəşdirən sakin hadisədən təsirlənib.

Yayılmış görüntülərlə bağlı münasibət öyrənmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb: “Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.