Dünya universitetlərinin reytinq səviyyəsi.... CƏDVƏL
28-07-2024, 09:18
Webometric info il ərzində ikinci dəfə dünya universitetlərinin reytinq səviyyəsini dərc etmişdir. Dünya universitetlərinin reytinqi təhlili ilə məşğul olan çoxsaylı təşkilatlar arasında ən obyektiv qurumdur. Çünki bu süni intellekt proqramı əsasında və təmənnasız işləyən bir qurumdur, nəticələr tamamilə insan subyektivizmindən uzaqdır. İkinci dünyanın bütün universitetlərini təhlil edir. Üçüncüsü isə daimi axtarışdadır, gündəlik informasiya alır və ildə iki dəfə hesabat dərc edir.
Bu hesabat da ilkin məlumatlara əsasən hazırlanmışdır. Bir neçə gün dəqiqləşmə aparıla bilər.
İlkin məlumatlara görə dünya üzrə yenə də birinci üçlük hamısı ABŞ-a məxsusdur, birinci 20-lik də ingilislərə məxsusdur (ABŞ, Böyük Britaniya, Kanada). Müsəlman ölkələri üzrə birincilik bu ildən Səudiyyə Ərəbistanına keçir, ikinci yer İrandadır, üçüncü yer isə Türkiyədədir (son vaxtlara qədər birinci yeri Türkiyə özündə saxlayırdı). Hər iki ölkə təhsilə böyük kapital yatırır, Azərbaycandan 10 dəfə çox...
Cədvəldə ölkənin ilk 20 universitetinin reytinq səviyyəsi verilmişdir.
Ölkəmizə gəldikdə UNEC yenə də birinciliyi qoruyub saxlayır və bu ildə də bir neçə yüz universiteti geridə buraxmışdır. BDU da bu ilə vəziyyəti xeyli yaxşılaşdırmışdır (ola bilər bu daha çox Akademiyanın bir neçə reytinqli universitetinin bu universitetin tabeçiliyinə verilməsi ilə əlaqədar olsun). UNEC-lə BDU arasında fərq də xeyli azalmışdır. Amma Xəzər və Ada universitetləri isə xeyli geriləmişdir.
Qonşu iki Cənubi Qafqaz respublikası universitetlərində də vəziyyət xeyli fərqlidir. Ermənistan da Erevan dövlət universiteti xeyli irəliləmiş, Gürcüstanın birinci universiteti isə 150 universiteti irəli buraxmışdır, yəni geriləmişdir.
Cənubi Azərbaycan universitetləri isə xeyli irəliəmişdir. Təbriz tibb universiteti birinci 900 universitetin tərkibində yer alaraq 878-ci yerdə qərarlaşmışdır (İran universitetləri işərisində 7-ci yer). Təbriz universiteti isə 1038-ci yeri tutmuşdur (İran universitetləri içədisində-13-cü yer). Maraqlı sual ortaya çıxır, nə üçün Şimali Azərbaycan universitetləri Amerika, Avropa, Asiya universitetləri ilə əməkdaşlıq edir, amma Təbriz, Qəzvin, Urmiya, Ərdbil ... universitetləri ilə deyil? Əminəm təhsil Nazirliyi və universitet rəhbərləri suala cavab tapacaqlar....
Saleh Məmmədov