Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü - FOTO

29-07-2024, 00:01           
Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü - FOTO
Naxçıvan Muxtar Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (sonradan nazir müavini) Nicat Babayev vəzifəsindən çıxan kimi gəzmək adıyla ailəlikcə Amerikaya Birləşmiş Ştatlarına (ABŞ) köçüb.

TEREF demokrat.az-a istinadən xəbər verir ki, onun daha geri dönmək fikrinin olmadığı deyilir.

Məlumata görə, Nicat Babayev 2024-cü il may ayında ABŞ-a gedib.

Sabiq nazirin qəfil Amerikaya köçməsi müəmmalıdır. Onun həyat yoldaşı Naxçıvan Universitetində müəllim kimi çalışırdı. İddialara görə, Nicat Babayev həyat yoldaşını da işdən çıxararaq özü ilə birlikdə ABŞ-a aparıb.

İddia olunur ki, sabiq nazir müavini ABŞ-a köçməmişdən xeyli vaxt öncə işlərini planlayıb. Amerikadakı yaxın qohumu vasitəsilə orada özünə biznes qurub. Onun Naxçıvan və Bakı şəhərində bir neçə yerdə evi, biznest obyektləri olub.

Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.