Vergidən azad olmaq istəyirdi, az qaldı ki vergiyə cəlb olunsun

29-07-2024, 12:54           
Vergidən azad olmaq istəyirdi, az qaldı ki vergiyə cəlb olunsun
Bu gün keçirilən Startap şəhadətnaməsinin verilməsi ilə bağlı Ekspertlər Komissiyasının iclasında maraqlı anlar oldu.
Yarımçıq və bişməmiş, amma maraqlı bir layihə təqdim edən bir gəncimiz komissiya üzvləri tərəfindən verilən sualları çox səbrlə cavablandırırdı.
Layihəsinin də hələ tam formalaşmadığı və gəlirlərin olmadığının da fərqində idi. Razılaşdı ki, yenidən müraciət edəcək.
Bu anda komissiya üzvü olan Dövlət Vergi Xidmətinin nümayəndəsi sistemdə onun şirkətində heç bir dövriyyənin olmadığı ilə maraqlandı.
Dostumuz da qayıdasan ki, gəlirlərim Amazon-dakı alış-verişdədir, dövriyyə xaricdədir və s.
Verginin də nümayəndəsi növbəti gözlənilən sualı səsləndirdi ki, bəs bizim vergimiz. Gəncimiz də bir anlıq donub qaldı.
Belə. Gəlmişdi vergi güzəştinə, az qaldı ki, olanı da itirsin 🙂
Əlbəttə, DVX-nin öz funksiyası var və anlaşılandır.
Amma startap şəhadətnaməsi üçün Ekspertlər Komissiyası KOBİA yanında formalaşıb. Komissiya və KOBİA da adətən sahibkar tərəfə olur.
Dostlar, odur ki, bir az hazırlaşıb gəlmək, yalnız layihə ilə bağlı sualları cavablandırmaq, kənar gəlirlə bağlı qatıb-qarışdırmamaq daha faydalı olardı
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru