Gündəlik mehmanxanalara tələbat ARTIB VİDEO

29-07-2024, 16:24           
Gündəlik mehmanxanalara tələbat ARTIB  VİDEO
Azərbaycanda gündəlik mehmanxanalara tələbat artıb.

Belə ki, bu ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35.8% artaraq 1851.7 min olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Turizm üzrə ekspert Fariz Bəşirov bildirib ki, bu cür hotellərdən istifadə edənlərin sayının artmasını turizm sektorunun inkişafı kimi dəyərləndirmək olar.

Ekspert vurğulayıb ki, təkcə paytaxtda yox, bölgələrimizdə də otel sektoru rəqabətdədir.

Xatırladaq ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı illik müqayisədə 37.1% artaraq 1080.9 min olub ki, bu da ümumi gecələmələrin 58.4%-ni təşkil edir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru