Gömrük Komitəsi bu məhsulları “su qiymətinə” satışa çıxarıb – 5 qəpiyə kitablar…

29-07-2024, 17:30           
Gömrük Komitəsi bu məhsulları “su qiymətinə” satışa çıxarıb – 5 qəpiyə kitablar…
Bu gün Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilən 2 min 525 adda müxtəlif təyinatlı mal hərrac vasitəsiylə satışa çıxarılır.

Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.

Məlumat üçün bildirək ki, hərraca çıxarılan malların start qiymətləri mövcud bazar qiymətlərindən dəfələrlə aşağıdır.

Dövlət mülkiyyətinə keçirilən və bu gün hərrac vasitəsi ilə satışa çıxarılan 2 min 525 adda maldan bəzilərinin adları və qiymətini təqdim edirik:

– Kitablar –5 qəpik (441 ədəd)
– İçində kəmər, açar və pul qabı olan nabor – 60 qəpik (32 ədəd)
– Qulaqcıqlar – 3 qəpik (10 ədəd)
– Gün eynəyi – 6 qəpik (3 ədəd)
– Viva markalı oboy – 1,5 manat (1 rulon)
– Hover markalı işlənmiş tozsovuran – 1,5 manat (1 ədəd)
– Balıq tutmaq üçün avadanlıq – 60 qəpik (2 ədəd)
– Qadın və kişi qol saatları (yeni) – 2 manat (12 ədəd)
– Təyinatı bilinməyən dəmir – 40 qəpik (3 kq)
– Karaca markalı fincan dəsti – 1 manat (1 ədəd)
– Tava – 10 qəpik (1 ədəd)
– Üzərində reklam yazıları olan kepkalar – 6 qəpik (101 ədəd)
– Çilçıraq (5 patronlu) – 2 manat (1 ədəd)
– Əlüzyuyan (moydadır) – 4 manat (1 ədəd)
– Uşaq üçün manej (yeni) – 1,5 manat (1 ədəd)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru