Sürücülər qanunsuz yerə cərimə olunurlar - NƏ ETMƏLİ?

30-07-2024, 17:18           
Sürücülər qanunsuz yerə cərimə olunurlar - NƏ ETMƏLİ?
Son günlər sosial şəbəkələrdə sürücülər qaldırılmış məbləğdə cərimələnməsi haqqında postlar paylaşır.
Belə ki, avtomobili ikinci sırada saxlayıb, qayda pozduğuna görə sürücüyə 80 AZN və 2 bal yazılıb (əvvəl 20 AZN olub). Avtobus zolağına daxil olan sürücüyə isə 100 AZN və 2 bal cərimə olunub.

Mövzu ilə bağlı “Sherg.az”a danışan urbanist Anar Əliyev isə deyib ki, əgər avtobus və velosiped zolağına daxil olan, ikinci sırada dayanan sürücülər 100 faiz qayda pozuntusu olmağını bilirsə, parkinq məsələsində infrastruktur cəhətindən çatışmazlıqlar var:

“Belə ki, bizdə hələ də yolun qırağında sarı xəttin olması dayanmanı qadağan etmir və əgər küçənin əvvəlində 3.27 nişanının olub-olmamasını bilmirsənsə, cərimə oluna bilərsən. Oxşar vəziyyət ödənişli parklanmaya aiddir. Bizdə parklanma yerlərinin nömrələri yalnız nişanın altındakı əlavə lövhəcikdə qeyd olunub. Məsələn, Tbilisidə bunu asfaltın üzərində edirlər ki, sürücülər vaxt itirib nişan axtarmasın. Ümumi olaraq desək, cərimələrin tətbiqi müntəzəm xarakter daşısa, həmçinin səkilərdə parkinq edilməsinə görə də tədbirlər görülsə, yaxın 1 il ərzində müsbət tendensiyanın şahidi olacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.