Sahil Babayevin reablitasiya mərkəzi, yoxsa hamam: TSERA 400 ədəd hamam dəsmalı alır

30-07-2024, 11:22           
Sahil Babayevin reablitasiya mərkəzi, yoxsa hamam: TSERA 400 ədəd hamam dəsmalı alır
Bu günlərdə ölkədə daha bir maraqlı tenderin nəticəsi məlum olub. JAMAZ.İNFO xəbər verir ki, Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi (TSERA) yumşaq inventarların satın alınması üçün elan etdiyi tenderi yekunlaşdırıb.

Həmin satınalma müqaviləsinə əsasən Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi “DRESS UNİFORM” MMC-dən 136.471,72 manatlıq müxtəlif vasitələr alacaq.

Qeyd edək ki, ilk baxışdan burada qəribə bir şey yoxdur. Lakin alınan mal və məhsulların çeşidinə diqqət etdikdə qəribəlik aydın şəkildə özünü göstərir. Məsələn, TSERA həmin məbləğə 36 ədəd qara rəngdə işçi ayaqqabısı sifariş edib. Bundan başqa, 305 cüt başmaq, 229 cüt tibbi başmaq, 146 ədəd çay dəsmalı, 26 cüt qazan tutmaq üçün, istiyə davamlı əlcək, 35 ədəd divan üstü örtük, 35 ədəd döşək, 217 ədəd döşək qoruyucusu, səyyar çarpayı üçün 2 ədəd döşək daha, 30 ədəd döşək üzlüyü, əlavə olaraq 75 ədəd döşək üzlüyü alacaq.

Amma bununla məsələ bitmir. TESRA aldığı çay dəsmallarına, bir də 750 ədəd üz dəsmalı da əlavə edib. Bundan başqa, sözügedən qurum 400 ədəd hamam dəsmalı da sifariş edib.

Bu rəqəmlərin qısa təhlilindən aydın görünür ki, TSERA ehtiyacı olanlarla yanaşı, birçox mal və məhsul üzrə alış rəqmlərini xeyli şişirdib. Məsələn, 35 ədəd döşək üçün 217 ədəd döşək qoruyucusunun alınması məntiqli deyil. Və ya qazan tutmaq üçün 26 ədəd əlcəyin alınması da başadüşlən deyil. Bu azmış kimi, 750 ədəd əl-üz, 400 ədəd hamam dəsmalının alınması isə qəribənin qəribəsidir. Ona görə ki, TSERA-nın bu qədər dəsmala ehtiyacı ola bilməz. Üstəlik, rəqəmlər arasında 350 ədədlik fərq belə var.

Xatırladaq ki, TSERA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.