“Toyota Azərbaycan” səhifəsi tənqidlərə dözmədi, rəyləri sildi
30-07-2024, 15:49
“Toyota Azərbaycan” səhifəsi tənqidlərə dözmədi, rəyləri sildi
Azərbaycanda “Toyota Land Cruiser Prado”nun yeni modeli bəyənilməyib.
Tribunainfo.az-ın xəbərinə görə, Toyota Prado yenilənmiş avtomobilini təqdim edəndən sonra sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.
Eyni zamanda qiymətin bahalığından tutmuş yeni modelin bərbad vəziyyətinə qədər rəylər yazılmağa başlanıldı.
Təxminən 1 gün sonra yeni dizayn verilmiş rəylər Toyota Azərbaycanın Facebook səhifəsindən silindi.
Bunu sosial şəbəkənin Azərbaycan seqmetindən müşahidə etmək mümkündür.
İzləyicilərdən bəzilərinin şərhlərini təqdim edirik: “Bu model məhdud sayda olacaq. İstənilən halda çox bahadır”, “Deyəsən, “Toyota” dizaynerlərinin maaşlarını kəsiblər”, “Əsl “Prado”nu yekəqarın daydayların sürdükləri idi. Bu isə yolsuzluq avtomobilini xatırladır. Pis deyil, amma bu tip maşınları şəhərdən çıxarmaq lazımdır”, Bütün markaların, o cümlədən “Toyota”nın “Defender”i yamsılması…”, “Çox heyf “Prado”nu bu günə qoyublar. Maşında dizayn deyilən heç nə qalmayıb. Sadəcə, səhra və ov maşınıdır. Qiyməti də 150 mindir, heç 100 minə də dəymir”, “Heyf “Prado”dan”, “O qiymətə dəyməz”, “Əsl bizim kəndin maşınıdır, əkinə-biçinə yarayar, ova gedəndə əladır”, “Çinlilərdən oğurlayıblar – “Dargo-2”, “Heç bəyənmədim, “Prado” inkişaf etməlidir artıq”, “Prado” niyə bu qiymətə satılsın axı…”, “Məhv ediblər “Prado”nu”, “Çox zövqsüz alınıb”, “Bu dəfə Yaponiya Çindən oğurladı dizaynı, “Prado” getdi işinə…”, “Əvvəlki versiyanın görkəmi bundan qat-qat yaxşıdır”, “Radiatorun “setka”sında toyuq-cücə saxlamaq olar”, “Mercedes”dən başqası yalandır”, “Dizaynerin qanıqara vaxtına düşüb”, “Bu qız evdə qalacaq”.